Tənzilə Rüstəmxanlı: “Biz bu fitnələrin önündə türk milləti olaraq durmalıyıq” – VİDEO

media-hightechnic-468x90

 

 Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Türkiyənin paytaxtı Ankara şəhərində təşkil olunan “Türk dünyasının qeyri-hökumət təşkilatları konfransı”nda çıxış edib.

Yenicag.az xəbər verir ki, millət vəkili çıxışında türk dünyasının mövcud problemləri və onun həll yolları ilə bağlı fikirlər səsləndirib.

Deputat əlavə edib ki, türk dünyasına xidmət bir yoldur və türk dünyasını bir-birinə bağlayan körpülərdir. T. Rüstəmxanlı hesab edir ki, bu gün sözügedən amal uğrunda onlar körpülər salırlar.

Millət vəkilinin fikrincə, dövlətlərimizin həyata keçirdiyi siyasətlər və münasibətlər zaman-zaman dəyişə bilir.

Milli Məclisin üzvü hesab edir ki, bir neçə türk dövlətlərinin bəzilərinin Kipr məsələsindəki yanaşması bir fitnədir.

Daha ətraflı videomaterialda:

 

Rafi Müslümov

Samir Məcidov

 

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600