Terrora çağırışa görə 21 cinayət işi başlandı – 3 nəfər həbs edildi

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlanılıb, 3 şəxs həbs edilib.

Hüquq mühafizə orqanlarından Yenicag.az-a verilən məlumata görə, digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Terrorçuluğa açıq çağırışlar etmiş və Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslər beynəlxalq axtarışa verilib.

Qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barədə inzibati həbs tədbiri seçilib.

COP29