Terrorçular 20 fəhləni öldürdü
Pakistanda terrorçular ölkənin cənub-qərbində, işçilərin düşərgəsinə hücum edərək ən azı 20 nəfəri öldürüb.
Yenicag.az azvision-a istinadən xəbər verir ki, hadisə Bəlucistan vilayətində baş verib.
Hələ ki, heç bir terror təşkilatı hadisəyə görə, məsuliyyəti öz üzərinə götürməyib. Hadisə yeri hökumət qüvvələri tərəfindən nəzarətə götürülüb.
Pakistan polisi faktla bağlı araşdırmalara başlayıb.