!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Terrorçular Afrində partlayış törətdi - Ölənlər var  

!Reklam – Yazi

Terror təşkilatı YPG/PKK-nın Afrinin mərkəzindəki binalardan birinə yerləşdirdiyi bomba bu gün partlayıb.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Afrinin mərkəzi terrorçulardan təmizlənsə də, hələlik şəhərdəki partlayıcı qurğuların hamısı zərərsizləşdirilməyib. İlkin məlumatlara görə, 4 mərtəbəli binada baş verən partlayış nəticəsində 11 nəfər ölüb. Onlardan yeddisinin mülki vətəndaş, dördünün isə Azad Suriya Ordusunun əsgəri olduğu bildirilir.

Qeyd edək ki,TSK və ASO binalarda bir-bir axtarış aparır. Partlayış əsgərlərin həmin binada axtarış apardığı vaxt baş verib.

www.yenicag.az

1909
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv