!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Terrorçuların yalanı ifşa olundu: Görüntülərdəki Afrin yox, Hələbdir – VİDEOFAKT

!Reklam – Yazi

YPG/PYD terrorçuları növbəti dəfə qurama video paylaşıblar.

Yenicag.az xəbər verir ki, bu dəfə terrorçuların təbliğatçıları Hələbdə Rusiya Silahlı Qüvvələrinin İŞİD terrorçularının mövqelərinə endirdiyi hava zərbələrinin əks olunduğu köhnə videonu Afrində çəkilən görüntü kimi təqdim etməyə çalışıblar.

Qətər telekanalı “Əl-Cəzirə”nin loqosu aydın görünən (təbliğatçılar loqonu gizlətməyə çalışırlar) videolentin ətraflı təhlilindən sonra aydın olur ki, kadrlar Hələb şəhərindən olan görüntüləri əks etdirir. Videoda yuxarıdakı loqoda ərəbcə “Hələb” yazılıb. Kadrlarda hər kəs ərəbcə danışır. Ətrafda dolaşan silahlılar da görünüşcə YPG/PYD terrorçularına yox, Suriya müxalifəti döyüşçülərinə (böyük ehtimalla ən-Nusra) oxşayırlar.

Yenicag.ru-nun əməkdaşları tərəfindən aparılan ətraflı və detallı analiz nəticəsində məlum olub ki, kadrların Afrinlə heç bir ortaq cəhəti yoxdur.

Peşəkar rejissorların fikrincə, videolent daha çox kinostudiyada professional rejissor qrupu tərəfindən hazırlanan işə bənzəyir.

Yanmış minik maşınları ilə sərnişin avtobusları, eləcə də onların yanındakı “meyitlər” kömür kimi qaralıb. Sanki onların üzərinə alışqan maddə töküb, yandırıblar. Kadrlarda bəzi maşınların alışdığı görünür. Nəqliyyat vasitələrinin karkasları demək olar ki, zədələnməyib. Mütəxəssislərin fikrincə, avia hücum nəticəsində maşınlar hissələrə bölünür. Yaxınlıqda dayanan digər maşınlar isə qəlpələrdən ziyan görür. Bu kadrlarda isə avtobuslar və minik maşınları sanki sıra ilə düzülüb və sakitcə yandırılıb. Ən təəccüblüsü də odur ki, avtobusların yanmasına baxmayaraq, ağ pərdələri yanğından heç ziyan görməyib. Onlar normal qaydada sınıq pəncərələrdən asılmaqdadırlar.

Ətrafdakı yüksək şam ağacları da buranın Afrinlə əlaqəsi olmadığını göstərir. Belə ki, Afrin zeytun və badam bağları ilə əhatə olunub. Videoda üzərinə boya tökülmüş uşaqlar və qadınlar sanki donublar. Onlar təəccüblü gözlərlə kameraya və ətrafda baş verən dəhşətli mənzərəyə baxırlar.

Qeyd edək ki, sözügedən videodan bir hissə “Youtube” kanalında “Euronews” telekanalı tərəfindən 2017-ci il aprelin 15-də yayımlanıb.

Əlaqədar linklər:

https:// www.youtube.com/watch?v=yu-pF-JRyi4

https://www.theguardian.com/world/2017/apr/15/syria-aleppo-bombing-evacuees-rebels-killed

https://www.reuters.com/article/us-mideast-crisis-syria/death-toll-from-aleppo-bus-convoy-bomb-attack-at-least-126-observatory-idUSKBN17H04Y

COP29

www.yenicag.az

1433
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv