Terrorçunun nəşindən imtina edildi

media-hightechnic-468x90

88155Paris yaxınlığındakı Monruj yaşayış qəsəbəsində bir polisi və Vənsən darvazasında beş nəfəri qətlə yetirən terrorçu Amedi Kulibalinin nəşi dəfn olunmaq üçün yanvarın 22-də təyyarə ilə vətəni Maliyə yola salınmalı idi.

Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, Mali rəsmiləri onun ölkəyə gətirilib dəfn olunmasını rədd ediblər. Terrorçunun meyiti təkrarən tibbi-ekspertiza məntəqəsinə qaytarılıb.

Fransa qanunlarına görə, terrorçunun yaxınları onun xüsusi məzarlıqda dəfn olunması üçün yaşadığı meriyaya müraciət etməli idi. Terrorçunun Esson departamentinin Qrini şəhərində yaşayan anası və bacısı nəşin basdırılması üçün meriyaya müraciət etmədiklərindən Amedinin meyiti vətəni Maliyə yola salınmalı idi. Amma Mali rəsmiləri bunu rədd ediblər. Onların rədd cavabının səbəbi hələlik aydınlaşmayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600