Tərtərdə avtomobil aşıb, ölən var
Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib.
Yenicag.az Report-un Qarabağ Bürosuna istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Tərtər – Goran yolunun Seydimli kəndi ərazisində qeydə alınıb.
Tərtər rayon sakini Cəfərov İxtiyarın idarə etdiyi “JAC” markalı avtomobil hərəkətdə olarkən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarına aşıb.
Qəza zamanı avtomobildə olan Bərdə rayon sakini, 1977-ci il təvəllüdlü Ramil Hüseynov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.












