!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Test yanlışı”na Adil Qeybulladan GÖZLƏNİLMƏZ REAKSİYA: “Bəs qaydaları pozan insanlarla nə edək?”

!Reklam – Yazi

“Problem bununla bitib və məsələnin hüquqi müstəviyə çəkilməsinə düzgün baxmıram”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 25 və 26 iyul tarixlərində vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda yanlışlığın baş verməsi və buna görə sadəcə, üzr istənilməsinə münasibət bildirən professor Adil Qeybulla deyib.

Professorun sözlərinə görə, koronavirus testlərinin nəticələrinə dair texniki səhvin bu qədər şişirdilməsinə ehtiyac yoxdur:

“Ortada yanlışlıq olub və ardınca üzr istənilib. İndi insanlar bildirirlər ki, stress keçiriblər və sair… Yaxşı, bəs karantin qaydaları ləğv olunandan sonra maskasız gəzməyin, sosial məsafə gözləmədən vətəndaş məsuliyyətsizliyi göstərməyin cavabdehliyini kim daşımalıdır?

Düşünürəm ki, məlum vəziyyəti şişirtmək çox da düzgün deyil. Yəni bir hadisə baş verib və rəsmi qurum vətəndaşlardan üzr istəyib. Problem bununla da bitib və məsələnin hüquqi müstəviyə çəkilməsinə düzgün baxmıram.

Sistemdə nasazlıqlar olub buna görə də üzr istənilib. Bəzən hansısa verilişin yayımında da bu cür texniki nasazlıqlar ola bilər. O baxımdan, məsələyə təmkinlə yanaşmaq lazımdır. Bəli, səhv baş verib və yəqin ki, daxildə bunun səbəbləri araşdırılır”.

Gülşən Şərif

www.yenicag.az

1269
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv