!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Təyyarə qəzaya uğradı, 36 gün cəngəllikdə qaldı - VİDEO

!Adviad

Braziliyada yanvar ayında birmühərrikli təyyarə ilə uçuş həyata keçirən zaman qəzaya uğrayan şəxs təsadüf nəticəsində tapılıb.

Yenicag.az xəbər verir ki, havaya qalxdıqdan sonra mühərrikdə yaranan problemlə əlaqədar Amazon cəngəlliyinə təcili eniş edən Antonio Senanın axtarışları uzun müddət nəticəsiz qalmış və xilasetmə əməliyyatları ləğv edilmişdi.

Öldüyü zənn edilən Sena 36 gün sonra təsadüf nəticəsində meşədə bir qrupla qarşılaşıb və beləcə xilas edilib.

Antonio Sena 36 gün ərzində quş yumurtaları və müxtəlif bitkilər yeyərək sağ qaldığını, təsadüf nəticəsində meşədə şabalıd toplayan qrupla qarşılaşaraq xilas edildiyini bildirib.

www.yenicag.az

610
Ads
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100