İngiltərənin Birminqem şəhərindən İtaliyanın Verona şəhərinə uçan “Ryanair” şirkətinə məxsus təyyarədə yaşlı qadının halı qəfildən pisləşib.
Yenicag.az “Nypost”ya istinadən xəbər verir ki, stüardessa halı psiləşən qadına yardım üçün sərnişinlər arasında həkim olub-olmadığını soruşub.
Xoşbəxtlikdən İngiltərənin Hereford şəhərindəki xəstəxanalardan birində həkim işləyən 43 yaşlı Rəşid Rias da göyərtədə olub və dərhal müdaxilə edib.
O, qadının ürəyində problem olduğunu müəyyənləşdirdikdən sonra stüardessadan proqram vasitəsilə qadının qanındakı oksigen səviyyəsini ölçmək üçün “Apple Watch” saatı istəyib. Stüardessanın saatı qadının qanında oksigenlə doyma səviyyəsinin aşağı olduğunu göstərib. Saatın məlumatı ilə qadına lazımi tibbi yardımı göstərən Rias onun həyatını xilas edib. Təyyarə eniş etdikdən sonra sərnişinə əlavə tibbi yardım göstərilib.
www.yenicag.az