Təyyarələr uça bilmədi, sərnişinlər Almatı aeroportunda qaldı

media-hightechnic-468x90

“Air Astana” və SCAT aviaşirkətlərinin iki reysinin sərnişinləri Almatı hava limanında qalıblar.

Yenicag.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.

Məlumata görə, “Air Astana” aviaşirkətinin Almatı-Kamran reysini həyata keçirməli olan təyyarəsi ötən gecə bir neçə saat havada dövrə vurduqdan sonra hava limanına geri qayıdıb. İlkin məlumata görə, buna texniki nasazlıq səbəb olub.

“SCAT” aviaşirkətinin təyyarəsi isə saat 01:35-də yola düşməli olsa da, uçuş baş tutmayıb.

Bəzi sərnişinlərin sözlərinə görə, reys təyyarənin nasazlığı səbəbindən gecikib və aviaşirkətin alternativ təyyarəsi olmayıb.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600