!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təzyiqləri neytrallaşdıran PREVENTİV ADDIM: “Ölkədə növbədənkənar seçkilərin təyin olunması...”

!Reklam – Yazi

“Prezident seçkilərinin bir sıra ciddi proseslərlə müşayiət olunması məqsədəuyğun deyil”.

Bu fikirləri prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il fevralın 7-nə növbədənkənar prezident seçkilərinin təyin olunmasını şərtləndirən mümkün yerli və xarici amilləri dəyərləndirən politoloq Asif Nərimanlı Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, hakimiyyətin əldə olunan uğurdan istifadə etməyə çalışması tarixdən günümüzə qədər uzanan siyasi təcrübədir:

“Azərbaycan da tarixi qələbə qazanaraq və böyük uğur əldə edib. Qarabağın işğaldan azad edilməsi ilə ölkənin ərazi bütövlüyü tam bərpa olundu. Təbii olaraq, mövcud siyasi hakimiyyət bu uğurun sayəsində cəmiyyətdə inanılmaz dərəcədə artan reytinqindən seçki prosesində yararlanmaq istəyir. Bu isə illərin siyasi təcrübəsinə əsaslanan çox normal haldır.

Lakin növbədənkənar prezident seçkilərini zəruri edən digər faktorlar da var. Regional və geosiyasi proseslərə nəzər saldıqda, Azərbaycanın yeni dünya düzəninə daha güclü şəkildə hazır olduğunu görə bilərik. Nəzərə alaq ki, növbəti ildə həm ABŞ, həm də Rusiyada prezident seçkiləri keçirilməlidir. Bu isə yeni reallıqların formalaşması anlamına gəlir.

Azərbaycan bu amilləri nəzərə alaraq yeni reallıqlara daha tez uyğunlaşdı. Çünki bir sıra güclər Ermənistan və Azərbaycan arasındakı münaqişədən istifadə edərək regionda güclənməyə çalışır. Azərbaycan isə müstəqil xarici siyasəti olan ölkədir. Bu səbəbdən, müxtəlif təzyiqlərə məruz qala bilərik və qalırıq da.

Son zamanlar Qərbdən Azərbaycana yönəlik təzyiqlərin artdığını müşahidə edirik. Əlavə olaraq, 2025-ci ilə Qarabağda fəaliyyət göstərən Rusiya sühməramlılarının fəaliyyət müddətinin bitməsi və bölgəni tərk etməsi məsələsi var. Prezident seçkilərinin bu proseslərlə müşayiət olunması məqsədəuyğun deyil. Bir sözlə, növbədənkənar seçkilərin təyin edilməsində sadalanan bütün bu amillər nəzərə alınıb”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

1994
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv