İngiltərədə nəşr edilən “The Economist” jurnalı, Türkiyə prezident Rəcəb Tayyip Ərdoğanın 16 aprel tarixində keçiriləcək referendumda qələbə çalacağını proqnozlaşdırır.
Yeniçağ.Az xəbər verir ki, qardaş ölkədə keçiriləcək referendum tarixi yaxınlaşdıqca nüfuzlu qəzetlər və qurumlar öz proqnozunu açıqlayır. Kampaniya ərzində müxtəlif üsullarla Türkiyə vətəndaşlarına təsir etməyə çalışan, açıq-aşkar “hayır” cəbhəsinə dəstək olan Avropa mətbuatı da artıq referendumdan “evet” gözləyir.
İngiltərənin “The Ekonomist” jurnalı da, 16 aprel tarixində Ərdoğanın zəfər çalacağını, ana muxalifət partiyasının isə uğursuz olacağı ilə bağlı yazı dərc edib. Yazıda həmçinin “hayır”çılar tənqid olunub.
Buradan ətraflı məlumat əldə edə bilərsiniz
Yeniçağ.Az
www.yenicag.az