!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

The Wall Street Journal: Antirusiya sanksiyaları Rusiyaya zərbə vura bilmədi

!Reklam – Yazi

Qərbin 2014-cü ildə tətbiq etdiyi antirusiya sanksiyaları Rusiya iqtisadiyyatına çox ciddi zərbə vurmayıb.

Yeniçağ.Az  OilGas.az-a istinadən xəbər verir ki, bu barədə bu gün “The Wall Street Journal”da məlumat yerləşdirilib.

Məlumatda Krımın Rusiyaya ilhaqı və Ukraynada başlayan vətəndaş müharibəsindən sonra ABŞ və Avropa İttifaqı tərəfindən tətbiq edilən antirusiya sanksiyalarının Rusiyada xüsusilə neft sahəsinə əhəmiyyətli ziyan vermədiyi qeyd olunub. Məhdudlaşdırıcı tədbirlər nəticəsində ABŞ energetika şirkətləri böyük ölçüdə, Avropa şirkətləri isə nisbətən daha az ziyan görüblər.

Məsələn ABŞ-ın “ExxonMobil” şirkəti ABŞ Maliyyə Nazirliyinə müraciət edərək “Rosneft”lə birgə layihələrin antirusiya sanksiyaları çərçivəsindən çıxarılmasını xahiş edib, lakin rədd cavabı alıb. Lakin Avropa İttifaqı ölkələri sanksiya rejiminə elə də ciddi riayət etmirlər. İttifaqda bağlanan müqavilələrin şərtləri və müddət nəzərə alınmaqla istisnalara yol verilir. Burada misal kimi BP şirkətini göstərmək olar. “Rosneft”in 19,75% səhmlərinə sahib olan BP 2016-cı ildə bundan 590 milyon dollar gəlir götürüb.

 

Yeniçağ.Az

www.yenicag.az

625
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv