Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Tibb müəssisələrinin akkreditasiyası üçün dövlət rüsumu - MƏBLƏĞ

Tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri müəyyən edilib.

Yenicag.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən yeni maddədə əksini tapıb.

Təklif edilən yeni maddəyə (32-2) əsasən, tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri aşağıdakı kimidir:

Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği
32-2.1. ambulator xidmət göstərən tibb müəssisələri 2000 manat

32-2.2. stasionar xidmət göstərən tibb müəssisələri 4000 manat

Digər maddəyə (32-3) əsasən, tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri aşağıdakı kimi müəyyən edilir:

32-3.1. Bu Qanunun 32-2.1-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun Bakı şəhəri üzrə 100 faizi, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu üzrə 70 faizi, digər regionlar üzrə isə 50 faizi ödənilir.

32-3.2. Bu Qanunun 32-2.2-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun 250-dən çox çarpayısı olan tibb müəssisəsi üzrə 100 faizi, 101-250 çarpayısı olan tibb müəssisəsi üzrə 90 faizi, 50-100 çarpayısı olan tibb müəssisəsi üzrə 70 faizi, 50-dən az çarpayısı olan tibb müəssisəsi üzrə isə 50 faizi ödənilir.”.

Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Loading...

www.yenicag.az

366
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100