Ticarət müharibəsində SƏHV TAKTİKA: Trampın zəif nöqtəsi BUDUR

media-hightechnic-468x90

“ABŞ yanlış tarif siyasəti ilə bir çox ölkələri özündən incik saldı”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.

media-8e0a10cf-f070-4415-bc32-d247394173b0

Ekspert Amerikanın yeni administrasiyasının tarif siyasətindəki yanlış addımları sayəsində Trampın 70-dən çox ölkəni rüsumların azaldılması müqabilində Çinlə əməkdaşlığı məhdudlaşdırmağa çalışması haqqında xarici medianın iddiasını şərh edib:

“ABŞ-nin apardığı sərt tarif siyasətində ən böyük səhv məsələyə kompleks yanaşma oldu. Təkcə Çini hədəf götürərək bütün resursları Çin istiqamətində yönəltməsəydi, ABŞ məqsədinə nail ola bilərdi. Hazırkı vəziyyətdə isə ABŞ Meksikanı, Kanadanı, Avropa İttifaqını və 100-dən artıq ölkəni özündən incik salıb. Artıq həmin ölkələr bu gün iqtisadi ticarət məsələlərində artıq Çinin yanındadır. Bu isə Amerikanın əlini zəiflədən bir faktordur”.

İqtisadçı ABŞ-nin yanlış tarif siyasətini izah edərək qeyd edir ki, Vaşinqton 100%-dən sonra tarifi artırmaqla böyük səhvə yol verdi:

“ABŞ-nin tarif siyasətində digər yanlış məqam isə 125%-dən sonra 145%-ə qaldırmaqla bağlı verilən qərar oldu. 100% üzərində bir tarif olduğu zaman artıq hansısa bir sahibkar, bir təsərrüfat subyekti, bir ölkə digər ölkəyə mal məhsul etməyəcək. Çünki, o qədər əlavə ödənişdən sonra məhsul bazarda məğlubiyyətə məhkumdur, satıla bilməz. Artıq bu bir oyun xarakterini aldı. Çin isə bu məsələdə ağıllı davranaraq 100-dən sonra artırmadı. Bilirdi ki, tarifin 100%-ə çatması o deməkdir ki, ticarət dövriyyəsi sıfırlanır”.

Mütəxəssis hesab edir ki, ABŞ yaxın gələcəkdə tarifləri aşağı salmağa, bəlkə də ləğv etməyə məcbur qalacaq:

“Qarşıdakı dönəmdə isə hesab edirəm ki, ABŞ-nin bu ilin sonuna doğru tarif siyasətində biz ciddi yumşalmaları görəcəyik. Hətta böyük ölçüdə tariflərin ləğvinin şahidi ola biləcəyik. Yalnız Çin və digər bir neçə ölkəyə ola bilər ki, ləğv edilməsin, qalsın. Uzun müddətli perspektivdə isə Çin texnologiyası bütün dünyada, ələlxüsus da Avropa və ABŞ ilə münasibətdə onları birmənalı olaraq məğlub edəcək”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600