Tiflisdə ölənlər arasında azərbaycanlı olmayıb

media-hightechnic-468x90

93169Gürcüstanın paytaxtı Tiflisdə baş verən təbii fəlakət nəticəsində azərbaycanlılar xəsarət almayıb.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, ölən və nə yaralılar arasında həmvətənlərimiz olmayıb.

Yaralılar arasında bir neçəsinin vəziyyəti daha ağır olduğu üçün ölənlərin sayının artacağı istisna olunmur.

Qeyd edək ki, Gürcüstanın paytaxtı Tiflisdə müşahidə edilən leysan yağışları güclü daşqına səbəb olub. Selin şəhərə vurduğu zərər 18 milyon dollara bərabərdir. Bundan başqa təbii fəlakət nəticəsində 70-dən çox adam xəsarət alıb. Onlardan 12-si ölüb. Ölkədə bu gün matəm günü elan edilib.

Azərbaycan tərəfinin də köməyi özünü çox gözlətməyib. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanın paytaxtı Tiflisdə təbii fəlakət nəticəsində zərər çəkənlərə yardım edib.

Yardım məqsədilə Tiflis şəhər meriyasına 10 min litr benzin verilib. Bundan başqa ARDNŞ təbii fəlakətdən zərər çəkənlər üçün 50 min lari (25 min manat) verilib. ARDNŞ zərər çəkənlərə digər yardımları da nəzərdən keçirir.

Qeyd edək ki, Gürcüstanın paytaxtı Tiflisdə müşahidə edilən leysan yağışları güclü daşqına səbəb olub. Selin şəhərə vurduğu zərər 18 milyon dollara bərabərdir. Bundan başqa təbii fəlakət nəticəsində 70-dən çox adam xəsarət alıb. Onlardan 12-si ölüb. Ölkədə bu gün matəm günü elan edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600