Tikritdə həyat öz axarına dönür-Video

media-hightechnic-468x90

tikrit-e-donusler-basladi-7423828_x_300Təxminən 3 ay öncə İŞİD işğalçılarından azad edilən İraqın Tikrit şəhərində həyat öz axarına dönür.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki,  Bağdad və digər şəhərlərə sığınan tikritlilər yenidən öz doğma şəhərlərinə qayıdır. Lakin bununla belə Tikritə qayıdan əhalini ciddi problemlər gözləyir. Belə ki, sözügedən şəhərdə infrastruktur tamamilə dağıdılmış vəziyyətdədir.

Şəhər valisi bildirir ki, Tikritdə səhiyyə sistemi, o cümlədən su və elektrik, bir sıra sosial xidmətləri bərpa etmək üçün böyük əmək sərf edilir.

Xatırladaq ki, 3 ay öncə İraq ordusu Səddam Hüseynin doğulduğu  Tikrit şəhərini İranlı şiə döyüşçülərinin dəstəyi ilə İŞİD-dən azad etmişdir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600