TikTok 2025-ci ilin ikinci rübündə 189 milyon video sildi
TikTok icma təhlükəsizliyi: platforma 2025-ci ilin ikinci rübündə Azərbaycanda təxminən 900 min videonu silib.
Qısa videolar üzrə aparıcı platforma olan TikTok Azərbaycanda yerli icmanın təhlükəsizliyini prioritethesab edir və yaradıcı fəaliyyət üçün rahat mühitinformalaşmasına töhfə verir. Təhlükəsizliyi qorumaq üçünTikTok ən innovativ texnologiyalardan və dünyanınmüxtəlif ölkələrində fəaliyyət göstərən on minlərləpeşəkar mütəxəssisi bu prosesə cəlb edir.
Platformada 24/7 rejimində fəaliyyət göstərənmoderasiya komandası İcma Qaydalarını pozanvideokontenti silir, həmçinin şəffaflıq prinsiplərinə uyğunolaraq hər rübdə silinmiş kontentlə bağlı məlumatlar rüblük hesabatlarda açıqlayır. İcma Qaydalarına əməlolunmasına dair hesabata əsasən, 2025-ci ilin ikincirübündə Azərbaycanda:
Ötən il ərzində Azərbaycanda ümumilikdə 3 milyonadək video silinib.
Eyni zamanda, 2025-ci ilin ikinci rübündə dünya üzrəİcma Qaydalarının pozulması ilə əlaqədar olaraq:
TikTok-da həmçinin bu ilin birinci rübü ilə müqayisədədünya üzrə dayandırılmış LIVE yayımların sayındaəhəmiyyətli artım müşahidə olunur. Bu artımplatformanın moderasiya texnologiyalarınıntəkmilləşdirilməsi ilə bağlıdır. Eyni zamanda, apellyasiyanəticəsində bərpa olunan yayımların sayı cüzi artıb, buisə yeni tədbirlərin daha dəqiq və effektiv şəkildə tətbiqolunduğunu göstərir.
TikTok, həmçinin birbaşa yayımlarda təhlükəsizliklə bağlıdaha çox məlumat açıqlamağa başlayır. Buna keçən il tətbiq olunan və bu standartları pozan kontentinmonetizasiyasının qarşısını almağa yönəlmiş Monetizasiya Qaydalarına riayət olunmasını təmin edənöz tədbirləri də daxildir.
Belə ki, 2025-ci ilin ikinci rübündə TikTok dünya üzrəmonetizasiya qaydalarını pozan 2 321 813 canlı yayımvə 1 040 356 yayım sahibi ilə bağlı tədbirlər görüb, o cümlədən xəbərdarlıqlar və demonetizasiya tətbiq edib. Xəbərdarlıqlar müəlliflərə kontentlərinin qaydalara ziddola biləcəyini anlamağa və düzəliş etməyə imkanyaradır. Əgər qayda pozuntuları davam edərsə, TikTok müəllifin birbaşa yayımlarda monetizasiya funksiyasınamüvəqqəti girişini məhdudlaşdıra bilər. Şəffaflığınartırılması istiqamətində atılan addımlar çərçivəsindəplatforma bu məlumatları gələcəkdə birbaşa yayımlarıntəhlükəsizliyinə dair hesabatlarda da əks etdirəcək.
TikTok haqqında
TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamızinsanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.












