Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə və quldurluqda təqsirləndirilən Fərid Bağırzadə, Kamran Qurbanov, Murad Eyvazov və Əkbər İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, F. Bağırzadə 19 il, və M. Eyvazov 18 il, Ə. İsgəndərov, K. Qurbanovun hər biri 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, həmin şəxslər Saray qəsəbəsində “Topaz” mərc oyunları məntəqəsinin sahibi Anar Nadirlini qətlə yetirməkdə təqsirləndiriliblər.
www.yenicag.az