Toponimiya Komissiyasının yeni tərkibdə ilk onlayn iclası keçirildi

media-hightechnic-468x90

Milli Məclis yanında Toponimiya Komissiyasının yeni tərkibdə ilk onlayn iclası keçirilib.

Yenicag.az xəbər verir ki, iclasda təşkilatı məsələlərə baxılıb.

İclasda Komissiyanın sədri vəzifəsinə Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin, Komissiyanın sədr müavini vəzifəsinə Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Sevinc Fətəliyevanın, Komissiyanın katibi vəzifəsinə isə Milli Məclis Aparatı rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun müdiri Emin İmanovun namizədliyini irəli sürülüb.

Komissiya üzvləri məsələyə münasibət bildirərək hər üç şəxsin namizədliyini dəstəkləyiblər. Təklif səsə qoyularaq yekdilliklə qəbul edilib.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa