“Toppuş bacı”ya ərindən ürək sızladan mesaj: “Xahiş edirəm…” – Yenicag.Az

Reklam

Reklam

Xərçəng xəstəliyinə düçar olan əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial mediada paylaşım edib.

Yenicag.az xəbər verir ki, o, türkiyəli müğənni Mahsum Kırmızıgülün “Belalım” mahnısına çəkilmiş klipi səhifəsində yerləşdirərək xanımına ürək sızladan mesaj göndərib:

“Bəzən həyat çox amansız olur. Bəzən isə sən çox aciz olursan, sevdiklərinə kömək edə bilmirsən, etmək istəyirsən, amma bacarmırsan.

Tez qayıt, xahiş edirəm. Allah mənim ömrümdən kəsib sənin ömrünə calasın. Amin!”.

Qeyd edək ki, T.Əliyeva həyat yoldaşı Röyalla 2013-cü ildə ailə qurub. Cütlüyün bir qızı var.

Xatırladaq ki, aktrisanın xərçəng xəstəliyinə yoluxması haqda aparıcı Hacı Nuran məlumat verib. O, Tünzalə ilə xəstəxanada çəkilmiş şəklini İnstaqramda paylaşaraq hər kəsdən ona kömək istəyib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 861
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.