!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Torpaq mülkiyyətçilərinin sığorta yükü: "Ədalətsiz yanaşma var"

“Ailənin hər ay 25-30 manat sığorta ödəməsi, həmçinin minimum əmək haqqı artdıqca məbləğin bir az da yüksəlməsi sosial baxımdan problemli məsələdir”.

Yenicag.az xəbər verir ki, bu sözləri fərdi sahibkarların, sərbəst peşə sahiblərinin və torpaq mülkiyyətçilərinin sosial sığorta ayırmalarının artmasına münasibət bildirən iqtisadçı Rövşən Ağayev bildirib.

O, qeyd edib ki, minimum əmək haqqının 250 manatdan 300 manata yüksəkdilməsi sözügedən qərarın qəbul olunmasına yol açıb. Halbuki müstəqil ekspertlər sosial sığorta ayırmalarının minimum əmək haqqına bağlanması mexanizminin aradan qaldırmasının vacib olduğunu düşünürlər:

“Minimum əmək haqqının artımı qeyd olunan kateqoriyalar üzrə sosial sığorta yükünü 20% artırdı. Bakı şəhərində ayda 62.5 manat ödəyən şəxs yanvarda artıq 75 manat ödəyəcək, kəndlərdə isə 32.5 manat ödəniş 39 manata yüksəldi. Torpaq mülkiyyətçilərinə münasibətdə xüsusilə ədalətsiz yanaşma var. Məsələn, islahat vaxtı 1 hektar torpaq ailənin mülkiyyət sənədində əmək qabiliyyəti yaşında olan dörd nəfərin adına bölünübsə, hazırda onların hər biri minimum əmək haqqının 2%-i qədər, yəni ayda 6 manat, ailə üzrə 24 manat, ildə 300 manata yaxın sığorta ödəməlidir. Tutaq ki, 4 hektar torpaq yalnız bir nəfərin adınadırsa, həmin torpaq sahəsinə görə 72 manat ödənəcək. Hazırkı qanunvericilikdə həmin şəxslərdən hansınınsa pensiya yaşına çatmayacağı halda varislərinin bu ödəmələrin müəyyən hissəsinin geri ala biləcəyi mümkün olsaydı, bəlkə də indiki sosial sığorta yükünü ədalətsiz saymamaq olardı.

Nəzərə almaq lazımdır ki, kiçik torpaq sahələri olan ailələr adətən yoxsul ailələr olur. Ailənin hər ay 25-30 manat sığorta ödəməsi, həmçinin minimum əmək haqqı artdıqca məbləğin bir az da yüksəlməsi sosial baxımdan problemli məsələdir. Hər halda torpaq mülkiyyətçiləri üçün sığorta yükünü fərdi sahibkarlarda olduğu kimi, gəlirlərə bağlamaq bir qədər mürəkkəbdir. Bütün hallarda maraqlı tərəflərin və peşəkar mütəxəssislərin iştirakı ilə dünya təcrübəsi əsasən daha obyektiv bir mexanizm tapıla bilər”.

Gülşən Şərif

www.yenicag.az

333
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100