!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Tost” piramidası hansı təhlükələri yayır? – DİN araşdırmaya başladı

!Reklam – Yazi

“Tost” kimi proqramlara insanların qoşulub yanılmasının əsas səbəb odur ki, bir çoxları daha tez və asan yolla pul qazanmaq istəyirlər. Buna görə də belə riskli proyektlərə can atırlar”.

Bu sözləri Yenicag.az-a açıqlamasında kriptovalyuta üzrə ekspert Elnur Quliyev deyib.

Mütəxəssis son günlər ölkəmizdə populyar olan TOST piramida proqramı ilə bağlı fikirlərini bölüşüb.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi “Tost” maliyyə pramidası ilə bağlı araşdırmaya başladığını bildirib.

Nazirlikdən verilən məlumata görə, internet resurslarında “Tost” maliyyə piramidası ilə bağlı kütləvi dələduzluq halları ilə bağlı məlumatlar yayılıb. DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində həmin maliyyə piramidası ilə bağlı araşdırma aparıldığı söylənilib.

Məsələyə münasibət bildirən ekspert isə söyləyib ki, bu kimi piramida şəbəkələrində ilk əvvəl daha qısa müddətdə daha çox faizlə pul verirlər:

“Bu da ona görədir ki, insanların maliyyə savadsızlığı var. Məhz bunun ucbatından da insanlarımız gedib, belə proyektlərə pul yatırırlar ki, nə isə əldə etsinlər. Nəzərə almalıyıq ki, belə proyektlərdə kriptovalyutalardan istifadə edirlər və deyirlər ki, guya süni intellekt kriptolvayutaları “trade” edir. Bu sahədə olan adam kimi deyə bilərəm ki, heç bir halda biznesdə belə bir marja yoxdur ki, pul qoyasan və 72 saatdan sonra sənə bu qədər pul versinlər. Özü də ilk başda yüksək faizlə elə məbləğlər verirlər ki, insanlar şirniksinlər”.

E. Quliyev diqqətə çatdırıb ki, burada birinci səbəb insanların daha tez və asan yolla pul qazanmaq istəyidirsə, ikinci səbəb də maliyyə savadsızlığıdır:

“Hər kəs bilməlidir ki, burada bu qədər qazanc imkanı yoxdur. Marja olaraq ən yüksək gəlirli biznes sahəsi kriptovalyuta sektorudur, lakin orada belə bu kimi fantastik faizlər yoxdur. “Tost” kimi piramidalar əvvəl də olub, olacaq və indidə də var ki, insanlar da buna gedirlər. Oraya qoşunlarla bu şəbəkə sektorunda çalışan insanlardır və onların ətrafı genişdir. Onlar da bilirlər ki, burada kim daha tez yüksəlirsə, onlar daha çox qazanırlar. Yəni bu sektorda yuxarıda olanlar daha tez və çox qazanırlar. Bu sahədə qazananlar isə gedib dost-tanışa qazancını göstərir. Əgər sizin inandığınız adam gəlib qazancını göstərsə, siz də inanıb gedirsiniz. Məbləğ artıq şişəndə isə bu sistem bağlanır. Onsuz da piramida qurucularının hədəf məbləği mövcuddur. O məbləğə çatan kimi sistemi bağlayıb başqa piramidalara keçirlər. Bu proses uzun müddətdir ki, belə formalaşıb”.

Rafi Müslümov

COP29

www.yenicag.az

132
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv