Toyda qadın kişini söydü, aləm qarışdı
Bakının Nizami rayonunda şadlıq saraylarından birində keçirilən toy məclisində kütləvi dava olub.
Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bu barədə kütləvi informasiya vasitələrində məlumat yayılıb.
Mübahisə zəminində qız evindən toyda qonaq qismində iştirak edənlər qarşı tərəfin qonağı olan qadını döyüblər.
Kişi qadına yumruqla zərbə endirib. Bundan sonra mübahisəyə başqa qonaqlarda qoşulub və kütləvi dava baş verib.
Nizami rayon Polis İdarəsi əməkdaşları restorana çağırılıb. Davaya səbəb kişinin qadına söz atması olub. “Toy zamanı kişi yarızarafat, yarı gerçək qadına söz atıb. Qadın kişinin sözünə kobud cavab verib. Nəticədə kişi onu vurub.
Hadisə nəticəsində bir neçə nəfər saxlanılıb. Onların izahatı alınıb və evə buraxılıblar”.