Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Toylarda sıxlığa necə nəzarət olunacaq?

Bu gündən ölkə ərazisində toy, nişan, ad günlərinin keçirilməsinə icazə verilib. Mərasimlərdə pandemiya qaydalarına əməl olunmasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində monitorinqlərə başlanılıb.

Yenicag.az-ın məlumatına görə, bu barədə AQTA-nın şöbə müdiri Mansur Piriyev məlumat verib.

Onun sözlərinə görə, artıq 5 gün əvvəldən şənlik mərasimlərinin keçirilməsi ilə bağlı portala müraciətlər daxil edilib:

“Aidiyyatı qurumlar həmin portala birbaşa inteqrasiya olunaraq məlumatları görürlər. Bizim müfəttişlərimiz tərəfindən monitorinq aparılan zaman xüsusən sıxlıq normalarına riayət olunması, eyni zamanda COVİD-19 pandemiyası ilə əlaqədar ictimai iaşə müəssislərində profilaktiki işlərlə bağlı metodiki göstərişlərin tələblərinə əməl edilməsi yerində yoxlanılır. Şənlik keçirilən ictimai iaşə obyektlərinin rəhbərləri portala müraciət edərkən, ilk növbədə qonaq sayını zalların sahəsi ilə bağlı məhdudiyyəti nəzərə alaraq təqdim etməlidirlər”.

Qeyd edək ki, “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin qərarında edilən dəyişikliyə görə, iyulun 1-dən ölkə ərazisində 150 nəfərə qədər iştirakçısı olan şənlik mərasimlərinin keçirilməsinə icazə verilib.

www.yenicag.az

142
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100