“Toyota Motor” şirkəti bu gündən Yaponiyadakı bütün zavodlarını bağlayır

media-hightechnic-468x90

“Toyota Motor” avtomobil şirkəti bu gün Yaponiyada işləməyə davam edən iki zavodunun da işini dayandıracaq.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə konsernin özündən məlumat verilir.

Bildirilir ki, söhbət Fukuoka prefekturasındakı və Kiotodakı müəssisələrdən gedir.

Qeyd edək ki, avqustun 29-da Yaponiyada nasazlıq səbəbindən “Toyota Motor” avtomobil şirkətinin 14 zavodundan 12-nin işi dayandırılıb. İnsidentin dəqiq səbəbləri göstərilməyib. Şirkətdən bildirilir ki, problem araşdırılır, lakin onun kiberhücum nəticəsində baş verməsi ehtimalı azdır.

Avtomobil şirkətinin zavodlarının işinin bərpa olunacağı vaxt məlum deyil.

Mənbə: Kyodo

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05