TQDK-dan ciddi xəbərdarlıq

media-hightechnic-468x90
img1836519Tələbə Qəbulu üzrə Dövlət Komissiyası V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və kolleclərə qəbul olmaq istəyən abituriyentlərə xəbərdarlıq edib.
Xəbərdə deyilir ki, xəbərdarlığa məhəl qoymayan və şərtləri ödəyə bilməyən abituriyentlər ixtisas seçiminə buraxılmırlar.
Şərtlərə görə, 9 illik bazada kolleclərin müsabiqəsində ümumi balı 16-dan, hər bin fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər ixtisas seçimində iştirak edə biləcəklər. İxtisas seçimi iyulun 8-dən 15-dək internet vasitəsilə aparılacaq.
11 illik bazada kolleclərin müsabiqəsində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər. İxtisas seçimi avqustun 14-dən 19-dək aparılacaq.
Qurumdan xatırladıblar ki, müsabiqə şərtlərini ödəyən abituriyentlərin hansı ixtisasa qəbul olub-olmaması barədə öncədən proqnoz verilmir. Çünki hər şey müsabiqə vəziyyətindən asılıdır.(virtualaz.org)
media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600