Tramp Dövlət Departamentinə Ukraynaya hərbi yardımın dayandırılma imkanını araşdırmağı tapşırıb

media-hightechnic-468x90

Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ağ Evdəki mübahisədən sonra Dövlət Departamentinə Ukraynaya hərbi yardımın tamamilə və ya birdəfəlik dayandırılması imkanlarını araşdırmağı tapşırıb.

Yenicag.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Bildirilib ki, D. Tramp qərarını Ukraynanın Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra verib:

“Görüşün gözlənilməz sonluqla bitməsi bundan sonra ABŞ-nin Ukraynaya hansı siyasi-hərbi dəstəyi göstərəcəyi barədə sualları cavabsız qoyub. Digər tərəfdən Ağ Evdə baş vermiş məlum qalmaqal avropalı sülhməramlıların Ukraynaya göndərilməyə hazır olması perspektivlərni daha da çətinləşdirir. Çünki bundan əvvəl Avropa İttifaqı rəsmi şəkildə Ukraynada sülhməramlıların fəaliyyətə başlama perspektivlərinin rəsmi Vaşinqtondan asılı olduğunu bəyan edib”./APA/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600