Tramp İsraillə Livan arasında atəşkəsə ümid edir
ABŞ Prezidenti Donald Tramp İsrailin Livanda atəşkəsə getməsinin mümkün olacağını bildirib.
Yenicag.az xəbər verir ki, o, Pensilvaniya ştatına səfəri zamanı jurnalistlərə açıqlamasında tərəflərin uzun illərdir qarşıdurma yaşadığını xatırladaraq, buna baxmayaraq atəşkəsin reallaşacağına inandığını deyib.
Trampın sözlərinə görə, ABŞ və İran arasında əldə olunan razılaşmalar fonunda Livanda da döyüş əməliyyatlarının dayandırılması istiqamətində səylər davam edir. ABŞ, İran, Qətər və Pakistan nümayəndələrinin iştirakı ilə keçirilən məsləhətləşmələrdə Livan da daxil olmaqla regional münaqişələrin həlli üzrə xüsusi qrupun yaradılması barədə razılıq əldə olunub.













