Tramp İrana qarşı sanksiyaların müddətini bir il artırdı

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Tramp İrana qarşı sanksiyaların müddətini daha bir il müddətinə uzatmaq barədə qərar qəbul edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ liderinin bəyanatında deyilir.

Tramp vurğulayıb ki, ABŞ-nin İranla münasibətləri hələ normallaşdırılmayıb, amma 19 yanvar 1981-ci ildən ikitərəfli razılaşmaların icrası prosesi hələ reallaşdırılma mərhələsindədir.

Söhbət ABŞ və İran arasında Əlcəzair razılaşmasından gedir. Onlar 1979-cu il inqilabından sonra Tehranda bir ildən çox girovluqda qalan amerikalı diplomatların azad edilməsinə səbəb olub.

14 noyabr 1979-cu ildə ABŞ-ın 39-cu prezidenti Cimmi Karter Tehranda amerikalı girovların ələ keçirilməsinə cavab olaraq 12170 saylı İcra Sərəncamı imzalayıb. ABŞ Maliyyə Nazirliyinə İranın ABŞ-dakı bütün rəsmi aktivlərini, o cümlədən Amerika banklarındakı hesablarını dondurmaq əmri verilib.

Bu faktiki olaraq İrana qarşı ilk cəza iqtisadi tədbirlərinin tətbiqi ilə əlamətdar olub. 1980-ci il aprelin 7-də Karter Tehranla diplomatik əlaqələri kəsib və ABŞ-ın İrana bütün ixracatını, o cümlədən ərzaq və dərmanları qadağan edib. Bundan sonra İrandan ABŞ-yə bütün idxal mallarına embarqo və amerikalıların İrana səyahətinə qadağa qoyulub./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05