NATO-nun ayrı-ayrı deyil, bütün üzvləri Alyansa üzvlük haqqı ödəməlidir.
Yeniçağ.Az-ın “APA”a istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Florida ştatında hərbçilərlə görüşdə deyib.
“Biz ciddi şəkildə NATO-nu dəstəkləyirik. Yalnız istəyimiz budur ki, NATO-nun ayrı-ayrı deyil, bütün üzvləri Alyansa üzvlük haqqı ödəsin”, deyə D.Tramp bildirib.
Yanvarda D.Tramp NATO-nu köhnəlmiş təşkilat adlandıraraq bildirmişdir ki, yalnız beş ölkə Alyansa tələb olunan xərcləri ödəyir.
Yeniçağ.Az