“Tramp olmasaydı belə, bu baş verəcəkdi” – İqtisadçıdan neftlə bağlı PROQNOZ

media-hightechnic-468x90

“ABŞ Maduronu həbs edib Venesuelaya nəzarəti ələ almasaydı belə, 2026-cı ildə neftin qiyməti düşəcəkdi”

Respublikaçı Alternativ Partiyasının (REAL) Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli Yenicag.az-a açıqlamasında 2026-cı ilin mümkün neft hasilatı barədə danışıb:

media-natiq_ceferli

“Maduro ilə bağlı proses olmasaydı belə, neftin qiyməti düşəcək. Sadəcə, indi Venesuela neftinin addım-addım Amerikanın nəzarətinə keçməsi yavaş-yavaş qiymətlərin daha da sürətlə aşağı düşməsinə səbəb olacaq. Bu hadisə qiymətlərin aşağı düşməsi üçün təməl səbəb yaradır. Trampın Venesuelanı nəzarət altına alması baş verməsəydi belə, qiymətlərin azalması labüddür. Dünyada neft bolluğu yaşanır, hələ ki, OPEC+ süni şəkildə qiymətləri 60 dollar civarında tuta bilib, amma bu, uzun müddət davam etməyəcək. Bundan başqa, bu il ABŞ-da ara seçkiləridir, Respublikaçılara ucuz neft-benzin lazımdır. Çünki orta statistik ABŞ seçicisi xarici siyasət, Ukrayna, Rusiya, İran ilə maraqlanmır; hər səhər maşınına vurduğu benzinin qiyməti onun qərar verməsində birbaşa rol oynayır. Bundan başqa, ABŞ-da daxili yükdaşımaların 70%-ə yaxını yük avtomobilləri ilə həyata keçirilir ki, bu da mal-məhsulların maya dəyərinə ciddi təsir göstərir. Benzin və dizel yanacağı ucuzlaşdıqca, ölkə daxilində qiymətlər də düşür, inflyasiya azalır ki, bu da seçkidə Respublikaçılar üçün əlavə səs deməkdir.”

– Bu baş verənlər Azərbaycan neftinin qiymətinə təsir edəcəkmi?

“Azərbaycanın gəlirləri azalır, hasilat düşəndə qiymət də ucuzlaşır, gəlirlər də azalır. Dünyada neftin qiyməti düşəcəyinə görə Azərbaycana da eyni təsiri göstərəcək.”

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa