Tramp seçki kampaniyasına başladı: “Ölkəmizi xilas etmək üçün bir şansımız var”

ABŞ-nin sabiq prezidenti Donald Tramp 2024-cü ildə ölkədə keçiriləcək prezident sçekiləri üçün kampaniyaya start verib.

Yenicag.az xəbər verir ki, Tramp Respublikaçılar Partiyasının Nyu-Hempşirdə təşkil olunan illik toplantısında çıxış edib.

Tramp qələbə qazanacağına əminliyini ifadə edərək bunda qərarlı olduğunu bildirib: “Çünki hər zamankindən fərqli seçici ruhu var”.

Sabiq prezident onu da bildirib ki, 2024-cü ildə keçiriləcək seçkilər ölkəni xilas etmələri üçün yeganə şansdır.