Tramp səhnədə: Bakı və İrəvan arasında yeni diplomatik səhifə AÇILIR

media-hightechnic-468x90

“ABŞ-də Azərbaycan və Ermənistan liderlərinin Prezident Donald Trampla görüşü sülh müqaviləsinin əldə olunması istiqamətdə mühüm əhəmiyyət kəsb edir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Əziz Əlibəyli deyib.

media-eziz

O, ATƏT-in Minsk qrupunun ləğvi və sülh müqaviləsinə aparan yol barədə fikirlərini səsləndirib.

Politoloq bildirib ki, qrupun sıradan çıxması əslində tarixin tələbi idi:

“Əslində üçlü rəqib qüvvələr arasında ciddi mübahisələrə səbəb olurdu ATƏT-in Minsk qrupu. Bu isə əziyyət çəkən ölkə üçün əlavə problemlər demək idi. Sülh müqaviləsinin perspektivdə imzalanması mümkündür. Biz də müsbət istiqamətdə atılan addımları alqışlayırıq”.

Onun sözlərinə görə, ABŞ-nin dünya hökmranlığını iqtisadi əsaslar ilə davam etdirməsi xətti qəbul olunandır:

“Müharibə alternativinin əməkdaşlıq, ticarət olması düşüncəsi kommunikasiya xətlərinin reallaşmasına da şərait yaradacaq. ABŞ-də Azərbaycan və Ermənistan liderlərinin Prezident Donald Trampla görüşü sülh müqaviləsinin əldə olunması istiqamətdə mühüm əhəmiyyət kəsb edir. Lakin texniki baxımdan son detallar böyük sülh müqaviləsinə saxlanılacaq. Bunu belə qəbul etməliyik”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa