Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Tramp siyasəti Apple-ı müflisləşdirir: Microsoft 15 ildən sonra ən dəyərli şirkət oldu

Microsoft, 15 ildən sonra yenidən dünyanın ən qiymətli şirkəti adını geri almağı bacarıb.

Yenicag.az xəbər verir ki, şirkət Cümə günü dəyərləndirmə zamanı 851 milyard dollar bazar dəyəri ilə, ən yaxın izləyicisi Apple-ı 847 milyard dollar bazar qiyməti ilə üstələməyi bacarıb.

İki şirkət bütöv həftə ərzində birincilik üçün çalışsa da, sonda Microsoft Apple-ı önləyib.

Cümə günü Microsoft səhmləri 0.6% -dən çox artıb. Apple isə, 0.5% dəyər itkisi yaşayıb.

Apple istehsalçıları bu uğursuzluğu ABŞ hökümətinin Çin istehsalı məhsullara əlavə dəyər vergisi tətbiq etməsi ilə bağlayıb.

Səhmlərinin dəyər itirməsinə baxmayaraq, illik gəlir və mənfəət daxil olmaqla Apple ən böyük şirkət olaraq qalır.

Lakin iqtisadçılar, əlavə dəyər vergilərindən xilas olmadıqca Aplle səhmlərinin sürətlə aşağı düşəcəyini istisna etməyib.

“Wedbush Securities”da araşdırmaçı direktor Daniel Ives bildirib ki, Microsoft şirkətinin müştərilər üçün təqdim etdiyi yeni məhsulları bir çox investitor şirkətin diqqətini cəlb edib və bu şirkətin maliyyəsinin artmasında bpyük rol oynayacaq.

www.yenicag.az

4478
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100