Tramp Suriya prezidentindən bunu istədi

media-hightechnic-468x90

Bu səhər Səudiyyə Ərəbistanında keçirilən görüşdə ABŞ prezidenti Donald Tramp Suriya prezidenti Əhməd Əl Şaaranı İsrailin dövlətçiliyini tanımağa çağırıb.

Yenicag.az xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman da orada olub və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onunla telefonla danışıb.

Ağ Evin bəyanatında deyilir ki, hər iki lider Trampın keçmiş prezident Bəşər Əsədin devrilməsindən sonra Əl Şaaranın yanvar ayında prezident olduğu Suriyaya qarşı uzun müddətdir tətbiq edilən sanksiyaları ləğv etmək qərarını yüksək qiymətləndiriblər.

Bununla yanaşı, Tramp Suriya liderini  ABŞ-nin vasitəçiliyi ilə ərəb dövlətlərinin İsrailin suverenliyini tanıması üçün əsas olan İbrahim razılaşmalarını imzalamağa çağırıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600