!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp transgenderlərlə bağlı konkret tələb səsləndirdi

!Reklam – Yazi

ABŞ Prezidenti Donald Tramp ölkədə uşaqlar üçün cinsiyyət dəyişdirmə məsələsini daimi olaraq bağlamağa və uşaqlara transgender ideologiyasını aşılamağa icazə verməməyə çağırıb.

Yenicag.az-ın RT-yə istinadla verdiyi xəbərə görə, bu barədə o, Konqresdəki çıxışında danışıb.

Ağ Ev rəhbəri “uşağın başqasının bədənində qapalı ola biləcəyi” saxtakarlığını sona çatdırmağın lazım olduğunu vurğulayıb və əlavə edib ki, gənclərin bədənlərini deformasiya etməyi qadağan edən fərman qəbul edilməlidir.

Xatırladaq ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələri hərbi qulluqçular üçün cinsiyyət dəyişdirmə əməliyyatlarına dəstək verməyi dayandırıb. Həmçinin Pentaqon 30 gün ərzində transgenderləri orduda xidmətdən azad etməyə başlayacağını bəyan edib.

www.yenicag.az

78
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv