Tramp və Yaxın Şərq: "Dovşana qaç, tazıya tut" prinsipi ilə atəşkəs PLANI

media-hightechnic-468x90

“Trampın Yaxın Şərqdəki atəşkəs təklifi, əslində, ABŞ-ın özünü sülh göyərçini kimi təqdim etməsinin növbəti nümunəsidir”

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı bildirib.

media-whatsapp-image-2025-07-03-at-13-48-59

Politoloq, Qəzza zolağında elan olunan 60 günlük atəşkəsin, həmçinin İsrail və ABŞ-ın mövqeyini şərh edərək deyib:

“Trampın Yaxın Şərqdəki atəşkəs təklifi, əslində, ABŞ-ın özünü sülh göyərçini kimi təqdim etməsinin növbəti nümunəsidir. Gerçəkdə isə Tramp, Yaxın Şərqi yenidən dizayn etməyə çalışan çoxmərhələli bir oyunun növbəti mərhələsini həyata keçirir. Bu təklifin mesajından aydın görünür ki, sülh sazişi Qatar və Misirin vasitəçiliyi ilə həyata keçiriləcək və 60 gün davam edəcək. Bu, bölgədəki hümanitar böhranın aradan qalxmasına imkan yaradırmış kimi təqdim olunur.

Təklifin şərtləri isə belədir: Əgər Qətər və Misir tərəfindən şərtlər qəbul edilərsə, “HƏMAS” tərəfindən 10 israilli girov azad ediləcək və əvəzində 15 fələstinli sərbəst buraxılacaq. İsrailin isə tək şərti odur ki, “HƏMAS” qruplaşması bölgədəki silahlarını yerə qoyub ərazini tərk etməlidir. Bu, əslində Qəzzanın silahsız şəkildə təhvil verilməsi və İsrailin bölgədə tam üstünlük qurması deməkdir.”

Mürtəza Bünyadlı, ABŞ-ın bu atəşkəs təklifi ilə, tərəfləri və onların himayədarlarını çaşdırmağa çalışdığını vurğulayıb:

“Tramp, bu atəşkəs təklifi ilə Yaxın Şərqdə təkcə İsrail və ərəb müttəfiqlərini çaşdırmaq istəyir. Həm ərəb müttəfiqlərini narazı salmamaq, həm də İsraili razı salmaq niyyətindədir. Bu yolla, İsrailin Qəzza zolağındakı planlarını həyata keçirməyə çalışır.”

Politoloq, bu atəşkəsin əsasən İsrailin tələblərinə xidmət etdiyini qeyd edib:


“İsrail artıq bir neçə dəfə atəşkəs sazişini pozan tərəf olub. Mən düşünürəm ki, bu dəfə də İsrail müəyyən vaxtdan sonra atəşkəsi pozmağa çalışacaq.”

Politoloq bu razılaşmada Türkiyənin də öz cəhdlərini göstərdiyini bildirib:

“İsrail məsələsində ən kəskin mövqedə olan qüvvələr Misir və Qətərdir. Tramp bu ölkələri prosesə daxil edərək, Yaxın Şərqin dizaynında Türkiyəyə də müəyyən bir rol verməyə çalışır. Həmçinin, Tramp, İsrailin Türkiyəyə qarşı aqressiyasını da azaltmaq üçün bu prosesi həyata keçirir.”

Nurlan Cəfəri

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600