“Trampa nifrət” – Lady Gaga etiraz etdi – FOTOLAR
Xəbər verdiyimiz kimi, bu gün ABŞ-da keçirilən Prezident seçkiləri Respublikaçılar partiyasının namizədi Donald Trampın qələbəsi ilə başa çatıb.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, bu nəticələr digər namizəd Hillary Klintonun tərəfdaşlarını özündən çıxarıb.
Klintonu dəstəkləyənlər arasında müğənni Lady Gaga da olub. O, seçki nəticələrindən sonra Donald Trampa qarşı keçirilən etirazlara qatılıb. Müğənni Lady Gaga Nyu-Yorkda yerləşən Trump Towersın qarşısındakı etirazçılara qoşulub və əlində “Trampa nifrət” anlamını daşıyan “Love Trumps Hate” plakatını daşıyıb.
Gaga sosial şəbəkə hesabında da “Ümid dolu bir otaqdaydıq. Bizim səsimiz eşidiləcək. Nəzakət, bərabərlik və sevgi üçün ayağa qalxın. Amerika üçün dua oxuyun” statusunu yazıb.