Trampdan amerikansayağı SÜLH ANLAYIŞI – Vaşinqton son nöqtəni QOYUR?
“Nüvə silahı və ABŞ-nin mövqeyi NATO Rusiya toqquşması ehtimalını minimuma endirir”.
Bu sözləri Rusiya ilə NATO-nun toqquşma ehtimalını Yenicag.az-a şərh edən hərbi ekspert Şair Ramaldanov deyib.
Onun sözlərinə görə, NATO Rusiya toqquşması üçün heç bir əsas yoxdur:
“NATO Rusiya toqquşması real deyil. NATO-nu idarə edən ABŞ-dir və ABŞ-nin də mövqeyini bilirik. Digər tərəfdən, nüvə silahı olan ölkələrin toqquşma ehtimalı minimuma enir. Ona görə ki, əgər toqquşma olarsa, nüvə silahından istifadə qaçılmazdır və bu da dünyanın sonu deməkdir. Nüvə silahı çəkindirici gücdür. Prinsip cəhətdən, ABŞ Prezidenti Donald Tramp öz fikrini bildirib. Onun məqsədi vəziyyəti mürəkkəbləşdirmək deyil, müharibədən qaçıb, sülh müqaviləsinin bağlanılmasıdır. Sülh müqaviləsinin bağlanmasında da Trampın mövqeyi amerikansayağıdır. Avropadan əvvəl tələb edir ki, Rusiyanın enerji qaynaqlarından imtina edin. Avropanı tam şəkildə ABŞ-dən asılı edir”.
“Avropa öz təhlükəsizliyini özü təmin etməlidir. Tramp da bildirir ki, ABŞ əsgəri Avropa üçün döyüşməyəcək, ölməyəcək. Bütün bu proseslər toqquşmanı minimuma endirir. Tramp həm də deyir ki, Zelenskini sülh müqaviləsini bağlamağa məcbur edək. Bununla özü şəxsən məşğul olacaq”, – deyə o, fikirlərini tamamlayıb.
Səxavət Məmməd