Trampdan Əliyevə tarixi ehtiram – Vaşinqton dəvətinin PƏRDƏARXASI

media-hightechnic-468x90

“Bu, Trampın Azərbaycan Prezidentinin fikirlərinə böyük ehtiramından irəli gəlir”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

media-elman-nesirov-yeni-3

O, ABŞ-nin Azərbaycanla münasibətlərə önəm verməsi, eyni zamanda ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevi Vaşinqtona dəvət etməsi barədə fikirlərini səsləndirib.

Deputat bildirib ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanı Ağ Evə dəvət etməsi dünyanın kütləvi informasiya vasitələrinin bir nömrəli xəbərinə çevrilib:

“Bu görüş zamanı Ermənistan və Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair çox mühüm addımların atılacağı ilə bağlı ehtimallar mövcuddur. Doğrudan da Trampın sülh prosesinə xüsusi diqqət ayırması mühüm hadisədir. Artıq bir sıra konqresmenlər də Trampın dünya üzrə 4 münaqişənin həllinə ciddi diqqət ayırdığını yazırlar. Bu 4 münaqişədən biri də məhz Ermənistan və Azərbaycanla bağlıdır. Belə olan halda, Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ilə aparılan danışıqlar nəticəsində hər hansı sənədin imzalanacağına ümidlər böyükdür. Bu, sülh müqaviləsi və ya hər hansı çərçivə sənədi ola bilər. Yaxud elə bir sənəd ola bilər ki, onun ardınca sülh müqaviləsinin imzalanması real məzmun kəsb edə bilər. Qısacası, indiyə qədər atılan addımlardan seçilən daha böyük addımın atılması proqnozlaşdırılır”.

Onun sözlərinə görə, hiss olunur ki, Tramp verdiyi sözə sadiqlik nümayiş etdirir:

“O, ABŞ tarixində sülhpərvər prezident kimi tarixə düşmək istəyini açıq-aşkar hər dəfə dilə gətirir. Eyni zamanda Tramp prezidentliyi dövründə heç bir yeni müharibənin başlamayacağını, əvvəlki münaqişələrin isə hər birini həll etməyə çalışacağını qeyd edir. Nobel sülh mükafatı almaq istəyini nəzərə aldıqda. Trampın indiki addımları tam səmimidir. Əlavə olaraq Tramp və Prezident İlham Əliyev arasında çox səmimi  münasibətlər var. Hələ seçkilərdən öncə Prezident İlham Əliyev Trampın qalib gələcəyinin proqnozunu vermişdi. Dərin siyasi təcrübə sayəsində verilən bu proqnoz öz təsdiqini tapdı. Həmçinin Tramp Şuşada keçirilən media forumunda çıxış edən Prezident İlham Əliyevin nitqini öz sosial şəbəkə hesabında paylaşması çox nadir və tarixi hadisə kimi yadda qaldı. Bu, Trampın Azərbaycan Prezidentinin fikirlərinə böyük ehtiramından irəli gəlir. Bir sözlə, münasibətlər səmimidir, görüşün isə müsbət nəticələrini indidən demək mümkündür”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa