Tramp etirazlara qarşı Müdaxilə Qanununu tətbiq edə biləcəyini vurğuladı
ABŞ Prezidenti Donald Tramp Los-Ancelesdə baş verən etiraz aksiyaları ilə bağlı fövqəladə səlahiyyətlərini tətbiq etməyə açıq olduğunu bildirib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Tramp bunu Oval Ofisdə jurnalistlərlə görüşü zamanı deyib.
“Əgər ortada üsyan varsa, əlbəttə ki, Müdaxilə Qanununu tətbiq edərəm. Gözləyək, görək nə olacaq”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ prezidentinə ölkə daxilində hərbi qüvvələri yerləşdirməyə imkan verən bu qanun “1807-ci il Üsyan Aktı” adı ilə tanınsa da, əslində, bu hüquqi baza 1792–1871-ci illər arasında Konqres tərəfindən qəbul edilmiş bir neçə qanunun birləşməsindən ibarətdir.
Müdaxilə Qanunu prezidentə müəyyən hallarda ölkə daxilində ordu yerləşdirmə səlahiyyəti verir. Trampın bu açıqlaması ölkə daxilində mümkün gərginliklərin daha sərt şəkildə qarşılanacağının siqnalı kimi qiymətləndirilir.