Cüdo hakimləri üçün seminar təşkil olundu

media-hightechnic-468x90

Azərbaycan Cüdo Federasiyasının (ACF) Hakimlər Komitəsinin təşkilatçılığı ilə Milli Komandaların Təlim-Məşq Mərkəzində hakimlər üçün növbəti praktiki seminar təşkil olunub.

Yenicag.az xəbər verir ki, seminar çərçivəsində son yarışlarda yol verilmiş hakimlik səhvləri təhlil olunub, eyni zamanda 14–19 iyun tarixlərində keçiriləcək turnirlərdə referilərin hazırlıq səviyyəsi qiymətləndirilib.

ACF prezidentinin müşaviri Natiq Bağırov və federasiyanın hakimlər üzrə meneceri, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimlinin rəhbərliyi ilə təşkil olunan seminarın məqsədi hakimlərin nəzəri və praktiki biliklərinin möhkəmləndirilməsi, qarşıdakı yarışlarda isə daha peşəkar çıxışlarının təmin edilməsidir.

Qeyd edək ki, seminarda əsas hakim heyəti ilə yanaşı, ACF tərəfindən seçilərək təlim prosesinə cəlb olunmuş hakimliyə namizədlər də iştirak ediblər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.07.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa