Nüvə müharibəsinin PROLOQU – İsrail Oman danışıqlarına PƏL VURDU

media-hightechnic-468x90

“Əslində, ABŞ-nin İranla danışıqlara ciddi maneə törətməsinə ehtiyac yoxdur. Çünki bu proses onsuz da mürəkkəbdir və pozitiv nəticələrlə yekunlaşma ehtimalı olduqca aşağıdır”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

media-elcin_xalidbeyli

Siyasi təhlilçi Omanda bu həftənin bazar günü keçirilməsi gözlənilən ABŞ-İran danışıqlarının 6-cı raundunun təxiri salınması məsələsinə, habelə Qərb mətbuatı tərəfindən İranın nüvə obyektlərinə zərbələrin endiriləcəyi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

Xatırladaq ki, ötən gün “The Washington Post” nəşri İsrailin ABŞ-ni rəsmi şəkildə İranın nüvə obyektlərinə zərbə vurmağa hazır olduğundan xəbərdar etməsi ilə bağlı məlumat yaymışdı. Amerika kəşfiyyatına görə, İsrail yaxın zamanda İranın nüvə proqramını tamamilə dayandırmaq niyyətindədir.

Prosesləri şərh edən analitikin fikrincə, Amerika Birləşmiş Ştatlarının əsas şərti ondan ibarətdir ki, İranın nüvə proqramı tamamilə ləğv edilsin və İran heç vaxt uranın zənginləşdirilməsi hüququna malik olmasın:

“Əksinə, İran hakimiyyəti hesab edir ki, uranı zənginləşdirmək hüququna malikdir və bunun üçün heç kimdən icazə almaq məcburiyyətində deyil. Belə şərtlər daxilində görüşlərin uğursuz olması qətiyyən təəccüblü deyil. Böyük ehtimalla, ABŞ və İran arasında nüvə proqramının ləğvinə dair danışıqlar heç bir nəticə verməyə bilər. Bu baxımdan, İsrailin də İrana zərbə endirilməsi ilə bağlı təzyiqləri var. Tramp administrasiyasından tələb edirlər ki, əgər danışıqlar nəticə verməsə, vaxtında və dərhal İrana hərbi zərbə endirilsin. Tramp administrasiyası artıq anlamalıdır ki, Amerika Birləşmiş Ştatlarının bəzi dövlətlərlə, xüsusilə də Rusiya və İranla hər hansı məsələdə razılığa gəlməsi mümkün deyil. Və həm Rusiya, həm də İranla aparılan danışıqların uğursuzluğa düçar olması qaçılmazdır”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600