Rusiyanın “təcavüzkar” ANLAYIŞI – Moskva niyə NATO-dan bu qədər ÇƏKİNİR?

media-hightechnic-468x90

“Rusiyanın NATO-nu “təcavüzkar” adlandırması ikiüzlülükdür”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib.

media-azerhasret1

Şərhçi Rusiya XİN rəsmisi Mariya Zaxarovanın NATO-nu təhdid edən bəyanatını şərh edərək qeyd edib ki, Rusiya Cənubi Qafqazın hər ölkəsi üçün açıq təhdiddir:

“Kim kimi təcavüzkarlıqda ittiham edir?! Rusiya NATO-nu?! Güney Qafqaz tarix boyunca NATO-nun təcavüzünə məruz qalmayıb. Nə Azərbaycan, nə Ermənistan, nə də Gürcüstana NATO əsgərlərinin ayağı belə dəyməyib. Müxtəlif təlimlər, müxtəlif görüşlər üçün gəliblər, bu başqa məsələ, amma NATO mövcudluğu dövründə heç vaxt Güney Qafqaza hansısa şəkildə təcavüz etməyib”.

A. Həsrət Rusiyanı təcavüzkar dövlət adlandıraraq qeyd edib:

“Bəs kim təcavüz edib?! Əlbəttə ki, Rusiya. Rusiya bütün mövcudluğu dövründə bizim bölgəmizə daim təcavüz edib, həm də hər üç respublikaya. Günü bu gün də Rusiya o təcavüzü davam etdirir. Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrini Rusiya işğal altında saxlayır, Ermənistanda isə öz ordusunu saxlayır. Azərbaycan Rusiya ordusunu öz ərazisindən çıxarmağı bacarıb, amma biz də daim təhdid altındayıq”.

“Məsələn, NATO-nun əsas dövləti olan ABŞ heç vaxt Azərbaycanı silahla, ordu yeritməklə hədələmir. Rusiya isə az qala hər ay dolayısıyla bizi bu yöndə hədələməyə çalışır. Rusiyanın təcavüzkar olmasında Ukrayna müharibəsi bunun bariz nümunəsidir. Ukraynaya təcavüz edən NATO ölkələri deyil, Rusiyadır. Eyni zamanda Rusiyanın ən yüksək rəsmilərinin vaxtaşırı qardaş Qazaxıstanla bağlı təcavüzə çağırışlar səsləndirməsini də bütün dünya görür. Siz heç görmüsünüz ki, NATO-nun Qazaxıstana, Qırğızıstana, Türkmənistana, Azərbaycana ordu yeritməklə bağlı hansısa sərsəm bəyanatlar versin?! Heç vaxt belə bir şey olmayıb. Rusiya isə sadəcə bəyanat vermir, bunu əməldə də gerçəkləşdirir. Ona görə də Mariya Zaxarova danışmazdan öncə ciddi-ciddi düşünsə, yaxşı olardı. Düşünsün ki, bu fikirlər hansı reaksiyanı doğura bilər”, – deyə o, fikirlərini tamamlayıb.

Nurlan Cəfəri

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600