Zahidə Günəş küsülü həmkarında DANIŞDI: “Efirdə məni ələ salırmış”

media-hightechnic-468x90

“O xanımla bir verilişdə barışdıq danışdıq. Amma üstündən bir ay keçməmiş efirdə arxamca danışdı”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Zahidə Günəş “Elgizlə izlə” verilişində deyib.

O, Elgizin “Həmkarınız Ülviyyə Namazova ilə aranızdakı qalmaqal bitdi” sualını cavablandırıb:

“Tanıyanlar bilir, heç vaxt qalmaqal etməmişəm, heç kimə söz atmamışam. Heç kimin qəlbinə dəyməmişəm. Qəlb qırmaq Allahın da xoşuna gəlmir. Reklama ehtiyacım da yoxdur. Başımı qoyub ölsəm, yenə də məni xatırlayacaqlar, amma məni qalmaqala çəkənlər var. O xanımla da barışdıq, danışdıq, lakin üstündən bir ay keçməmiş efirdə arxamca danışdı. Mən də həmin vaxt evdə xəstə yatırdım. Mənə gülüb, ələ salırmış. Yenə həmin söhbət. Guya maşınım özümün deyil, kirayə götürüb sürürəm. Ayıbdır, vallah, belə şeyləri danışmaq”.

Nehru

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600