Trampdan iqtisadi müharibə: "Avropa özünü və Ukraynanı necə qorumaq barədə düşünməlidir"

media-hightechnic-468x90

ABŞ və Avropa arasında ziddiyyətlər yaxın 2-3 il ərzində davam edəcək’.

Bunu ABŞ-nin NATO ilə gərginliyinin mümküm nəticələrindən danışan politoloq Abutalıb Səmədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ NATO-dan çıxmayacaq, ancaq buradakı varlığını Ermənistanın KTMT-dəki iştirakına çevirə bilər:

“Bu vəziyyət isə Avropanı çox narahat edir. ABŞ-nin tələbi NATO ölkələrinin hərbi xərcləri ÜDM-in 5 faizi səviyyəsində təşkil etməsidir. Bu gün 32 üzvdən yalnız 23-nün hərbi xərcləri 2 faiz səviyyəsindədir. Yerdə qalanlar bu göstəricidən də aşağıdır. 5 faiz səviyyəsinə qaldırmaq isə o qədər də asan olmayacaq.

ABŞ hələlik qəti mövqe sərgiləyir, baxmayaraq ki, üçüncü dəfə seçilmək planı var, Tramp administrasiyasının əbədi olmadığını unutmamalıyıq. Nəzərə almaq lazımdır ki, ABŞ olmadan NATO zəif quruma çevriləcək. Bu səbəbdən Ukraynanın təhlükəsizliyinin təmin olunması üçün Avropa ABŞ-ni proseslərə cəlb etməyə çalışır.

Ehtimal olunur ki, ABŞ Prezidenti Donald Tramp fəaliyyət müddətinin sonuna qədər hazırki siyasətini davam etdirəcək. Çünki Avropa Trampın tələblərinə əməl etmək imkanlarına malik deyil.

ABŞ və Avropa arasında ziddiyyətlər yaxın 2-3 il ərzində davam edəcək. Trampın geri çəkilmək fikri yoxdur. Yeni hakimiyyət gələnə qədər Avropa özünü və Ukraynanı necə qorumaq barədə düşünməlidir. Çünki hər ikisini də ağır günlər gözləyir”,- deyə o bildirib.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600