Trampdan “sürətli saziş” MODELİ – Vaşinqtonun gizli planı İFŞA OLDU – ŞOK FAKTLAR

media-hightechnic-468x90

“Tramp münaqişəni “sürətli saziş” modeli ilə bağlamaq istəyir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib.

media-zuriye-qarayeva1

Politoloq bir neçə gün öncə ABŞ-də dünya liderlərinin və Zelenskinin ABŞ prezidenti Donald Trampla görüşünü şərh edib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Zelenski ilə görüşdən sonra verdiyi açıqlamalar yeni bir diplomatik mərhələnin başlaya biləcəyinə işarə edir:

“Onun Rusiya ilə mümkün “üçtərəfli görüş”dən danışması, əslində, Vaşinqtonun münaqişədə əsas vasitəçi statusunu möhkəmləndirmək niyyətidir. Tramp açıq şəkildə kompromis gündəliyi irəli sürür: təhlükəsizlik zəmanətləri, ərazilərin mübadiləsi və təmas xəttində vəziyyətin dondurulması. Bu ritorika göstərir ki, Tramp münaqişənin həllini uzunmüddətli strateji proseslərdə deyil, sürətli və siyasi dividend gətirəcək “razılaşma modelində” görür. Onun “dünyada bu masadan güclü qüvvə yoxdur” fikri də məhz buna xidmət edir – yəni müharibənin taleyi böyük güc mərkəzlərinin iradəsinə bağlıdır”.

Z. Qarayeva əlavə edib ki, bu məsələdə hər iki ölkənin sülh şərtləri bir-birinə olduqca ziddiyyət təşkil edir:

“Lakin bu yanaşma həm Ukrayna üçün, həm də Avropa liderləri üçün ciddi dilemma yaradır. Ukrayna ərazilərinin mübadiləsinə getmək istəmir, Avropa isə Moskva ilə kompromisin Qərbin dəyərlərinə zidd olmasından ehtiyat edir. Buna baxmayaraq, Trampın diskursu diplomatik kanalların aktivləşdiyini və ABŞ-nin sülh təşəbbüsündə öncüllük etməyə çalışdığını ortaya qoyur. Nəticə etibarilə, görüş göstərdi ki, Tramp münaqişəni “sürətli saziş” modeli ilə bağlamaq istəyir. Amma bu modelin reallığa çevrilməsi üçün həm Kiyevin, həm də Avropanın mövqelərinin dəyişməsi gərəkdir ki, bu da hələlik kifayət qədər çətin görünür”.

Nurlan Cəfəri

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa