!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trampın erməni TƏƏSSÜBKEŞLİYİ: “Bu, ABŞ-nin Azərbaycana olan münasibətidir”

!Reklam – Yazi

“Donald Trampın Qarabağdan köçən ermənilərlə bağlı olan açıqlaması birbaşa olaraq seçkiöncəsi daha böyük auditoriyaya səslənmək və daha böyük seçici elektoratı məqsədi daşıyır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli deyib.

O, ABŞ prezidentliyinə namizəd Donald Trampın demokratlarla bağlı paylaşımında Qarabağ erməniləri haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, Donald Tramp rəqibi Kamala Harrisi tənqid edərkən ermənipərəst mövqe nümayiş etdirib. Belə ki, o, Qarabağı qondarma “Artsax” kimi qələmə verib. Üstəlik, 120 min erməninin Qarabağdan “zorla köçürüldüyünü” bildirib.

Respublikaçı namizəd “X” hesabındakı paylaşımında qeyd edib ki, Kamala Harris 120.000 erməni xristianın dəhşətli təqiblərə məruz qaldığı və “Artsax”dan zorla köçürüldüyü zaman heç bir şey etmədi. Onun sözlərinə görə, K.Harris ABŞ prezidenti olarsa, dünyadakı xristianlar təhlükəsiz olmayacaqlar.

“Mən prezident olsam, təqib olunan xristianları müdafiə edəcəyəm, zorakılığı və etnik təmizləməni dayandıracağam. Ermənistanla Azərbaycan arasında sülhü bərpa edəcəyəm”, – deyə Trampın paylaşımında qeyd olunub.

S. Kərimli isə bildirib ki, bundan əvvəlki dövrlərdə də həm ABŞ-də, həm də Avropanın bir çox ermənipərəst ölkələrinin seçkiqabağı kampaniyalarında namizədlərin erməni alətindən və erməni təəssübkeşliyindən necə məharətlə istifadə etmələrinin şahidi olmuşuq:

“Bu həm vaxtilə Fransada keçirilən prezident seçkiləri zamanı, həm də hazırda ABŞ-dəki seçki qabağı proseslərdə bunun şahidi oluruq. Donald Tramp da ölkədəki erməni əsilli seçicilərin, ümumiyyətlə isə erməni diasporunun dəstəyini, rəğbətini qazanmaq, seçkilərdə bu elektoratdan istifadə etmək üçün, təbii ki, bu cür təhlükəli və bir qədər də reallıqdan uzaq olan açıqlamalar səsləndirib. Bunun da məqsədi hər kəsə məlumdur”.

Siyasi şərhçinin fikrincə, son dövrlərdə ABŞ-nin Azərbaycana olan münasibəti hamıya bəllidir:

“ABŞ-nin rəhbərliyi bu gün işğalçı Ermənistanı dəstəkləməklə bir daha öz mahiyyətini ortaya qoymuş olur. Elə Donald Trampın özü də bu cür açıqlamalar verməklə separatizmi və işğalçılığı dəstəklədiyini bir daha göstərmiş oldu. Həm beynəlxalq hüquq, həm də tarixi reallıqlar onu göstərir ki, Qarabağ bölgəsi Azərbaycanın suveren əraziləridir və burada qondarma “Artsax” məsələsinin yenidən gündəmə gətirilməsi bölgəmizdə çox ciddi təhlükələrə və problemlərə gətirib çıxara bilər”.

Politoloqun qənaətinə görə, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü birbaşa olaraq bərpa edib:

“Habelə ölkəmizin ərazisində uzun illər hökm sürən erməni işğalına və separatizminə birdəfəlik son qoyulub. ABŞ-nin və yaxud da digər ölkənin hansısa bir prezidentliyə namizədinin, ya da ki, qeyri-rəsmi şəxslərinin Cənubi Qafqazda baş verən proseslərə əl uzatması, bu proseslərə müdaxilə etməsi və yenidən separatçılıq, işğalçılıq meylləri yaratması, təbiidir ki, qəbuledilməzdir. Bu baxımdan, gələcəkdə ABŞ prezidenti olmaq ehtimalı olan Trampın bu cür açıqlamalar verməsi elə sülh prosesinə də çox ciddi maneələr yaradır və zərbələr vurur”.

“O ki qaldı Trampın “hakimiyyətə gələrəmsə, Azərbaycan və Ermənistan arasında sülh imzalanacaq” fikrinə, bunu Trampın, ümumiyyətlə isə ABŞ-nin timsalında bölgəmizə gedən proseslərə müdaxilə cəhdi kimi qiymətləndirmək lazımdır. Çünki tərəflər arasında uzun müddətdir ki, sülhlə bağlı danışıqlar həyata keçirilir və sözügedən danışıqlar Azərbaycanın qətiyyətli mövqeyi nəticəsində təkbaşına baş verir. Burada istər ABŞ, istər Rusiya, istərsə də digər dünya gücləri olan ölkələr olsun, onların bu prosesə müdaxilə etməsi, vasitəçilik missiyasını həyata keçirmək cəhdləri nəinki prosesə töhfə verir, əksinə, onu ləngidir və çox ciddi problemləri ortaya gətirir”.

Rafi Müslümov

COP29

www.yenicag.az

237
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv